Cəmiyyət

Yoxsul insan alimin verdiyi pulu niyə qaytardı?

17 İyul 2018 23:20
0 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ustad Ənsarian yazır: "Təhsil aldığım zamanlarda yaxın dostlarımdan birinin vasitəsilə möhtərəm ailələrdən birinin maddi çətinlikdə olduğunu öyrəndim. Həmin dostumun vasitəsilə hər ay müəyyən məbləğ ilə onlara yardım etməyə çalışırdım.

Bir gün böyük ailəni idarə edə biləcək qədər pulu dostuma verdim ki, həmin şəxsə çatdırsın və o da bir həftə ailəsinin xərclərini ödəyə bilsin. Lakin həmin şəxs bu dəfə pulu geri qaytarmışdı, baxmayaraq ki, ailəsinin sayı çox idi və ehtiyacları da var idi.

Mən dostumdan bunun səbəbini soruşdum və dostum mənə dedi: "Həmin yoxsul ailənin başçısı deyir ki, mənim bu gün və sabah üçün pulum vardır və bu pulla ailəmin xərclərini ödəyə biləcəyəm. Yaxşı olar ki, bu pulu bu gün və sabahı üçün heç nəyi olmayan insanlara verəsiniz".

Həqiqətən, təqva və iffəti nəfs insanla nələri etməyə qadirdir! Bu hal, həmin şəxsin nə qədər böyük imana malik olmasından xəbər verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.