Cəmiyyət

Cümə namazında niyə 2 qunut tutulur?

17 İyul 2018 21:20
2 Şərh     Baxış: 4 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlahi ibadət Allah bəndələri üçün həmişə xüsusi şövq və ləzzətə malik olmuşdur. Bu ibadətlər içərisində cümə namazının xüsusi yeri vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) bu haqda buyurur: "Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır".

Niyə cümə namazında iki qunut tutulur?

Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:

1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.

2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür.

İnsan hər nə qədər cümə namazını unutsa, bir şeyi yadda saxlayar ki, onun qılınma qaydası başqalarından fərqlidir. Bu namaz - adi namaz deyildir.

Yəni, cümə namazının 2 qunutu bu namazı fərqləndirmək və ona xüsusi təntənə verməyə gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.