Cəmiyyət

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

15 İyul 2018 14:13
1 Şərh     Baxış: 3 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-da gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edib

Departamentdən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

"Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdırlar", - deyə məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.