Cəmiyyət

Rusiyada yaddaşını itirmiş şəkili Asim Məhərrəmovun yaxınlarını axtarırlar

15 İyul 2018 11:03
2 Şərh     Baxış: 2 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva vilayətindən olan könüllülər Azərbaycanın Şəki rayonunun sakini olmuş Asim Məhərrəmov adlı yaşlı kişinin yaxınlarını axtarırlar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Məhərrəmov Asim Qasım oğlu ilə Moskvadan olan könüllü bu ilin fevralında Samara-Moskva qatarında rastlaşıb. Məlum olub ki, 74 yaşlı Asimi qatara Azərbaycanın Moskvadakı səfirliyinə getmək və itmiş sənədlərini bərpa etmək üçün oturdublar. Ona qatara bilet almağa polislər kömək edib. Asim Məhərrəmov Samara vilayətinin Sızran şəhərində yaşayıb.

Moskvadan olan könüllü yaşlı azərbaycanlıya kömək etməyi qərara alıb. Onlar birlikdə Azərbaycanın Moskvadakı səfirliyinə gediblər. Lakin Asim yaddaşında yaranmış problemə görə özü barədə kifayət qədər informasiya verə blməyib. Ona görə də səfirlikdə yaşlı kişidən xahiş ediblər ki, şəxsiyyətini təsdiq edən hansısa sənədi tapıb təqdim eləsin. Hazırda Asim Moskva vilayətində yaşlılar üçün ödənişli pansionatda yaşayır. Fiziki baxımdan heydən düşmüş vəziyyətdədir.

Asim barədə əldə edilmiş informasiyalar bunlardır: 1944-cü il aprelin 20-də anadan olub. Valideyinləri Qasım və Əminədir. Qardaş və bacıları-Rasim, Talıb, Sədaqət, Salamat. Arvadının adı Səlimə. Oğlu Elsevər (məlum olan budur ki, Asim və keçmiş arvadı onu oğulluğa götürüblər) Ola bilsin Şəkidə qohumları yaşayır, oğlu Elsevərin Mingəçevirdə yaşadığı bildirilir. Təxminən 20 il əvvəl qazanc dalınca Sızrana gedib. İstisna deyil ki, Sızranda da kimsə bu şəxs haqqında nəsə bilir. Könüllülər xahiş edir ki, Asim barədə məlumatı olanlar bu telefon nömrəsi ilə əlaqə saxlasınlar: +7 963 759-13-33 (Whatsapp-ı var)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.