Cəmiyyət

2 nəfər dənizdə batıb, 1-i xilas edilib

13 İyul 2018 22:02
0 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda 3 nəfər dənizdə çimərkən batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, onlardan iki sudan sağ çıxarılıb, digərinin axtarışları davam edir.

Hadisə rayon ərazisində qeydə alınıb. Dənizdə boğulanlardan biri - rayon sakini 1995-ci il təvəllüdlü Şəmsəddin Rahim oğlu Aslanovun sudan sağ çıxarılsa da xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Digər şəxs isə sudan sağ çıxarıldıqdan sonra, qaçaraq ərazidən uzaqlaşıb.

Dənizdə batan üçüncü şəxsin axtarışları isə davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.