Cəmiyyət

Şadlıq saraylarında qiymətlər: 250 azn-ə menyular təklif olunur - VİDEO

13 İyul 2018 22:11
2 Şərh     Baxış: 3 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda bahalı xidmət göstərən şadlıq evlərinin sayı artır. Milli.Az bildirir ki, toy etmək istəyənlərə adambaşına 150 manatdan 250 manata, hətta bundan da baha qiymətə menyular təklif edilir.

Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Əksər vətəndaşlar bu qiymətlərin həddindən artıq şişirdildiyini düşünürlər. Hətta bəzən bu qiymətlərə görə toylara getməkdən imtina edənlər də olur.

Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.

Bəs görəsən, restoranlarda menyuların bu dərəcədə baha olmasının səbəbi nədir? Ümumiyyətlə restoran işlədənlər bahalı menuların səbəbini nə ilə izah edir?

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var

Qeyd edək ki, restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şadlıq saraylarında qiymətlər: 250 azn-ə menyular təklif olunur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.