Cəmiyyət

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol - VİDEO

13 İyul 2018 21:53
0 Şərh     Baxış: 674

Əmlak Məsələləri Dövlət Komitəsi "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" adlı layihə həyata keçirir. Səyyar qeydiyyat xidməti vasitəsilə vətəndaşla qeydiyyat orqanının birbaşa ünsiyyətini yaratmaqla digər kənar əlaqələrin minumuma endirilməsi təmin olunacaq.

Milli.Az bildirir ki, vətəndaşlar ərazi idarələrinə getmədən bütün növ daşınmaz əmlaklar üzrə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı "əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" adlı yeni layihəyə start verir. Pilot layihə kimi ilk olaraq Abşeron rayonunda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovun sözlərinə görə, sakinlər bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Kampaniya 16-20 iyul tarixlərində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsində həyata keçiriləcək. Bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.