Cəmiyyət

Daha iki marşrut avtobusunda ödəniş sistemi kartla olacaq

13 İyul 2018 16:33
3 Şərh     Baxış: 3 581

20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi "BakuBus" MMC olub.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək.

Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" ş.s) - "Əhmədli" metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.

Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin yeni dayanacaq məntəqələri müəyyənləşdirilib.

Xatırladaq ki, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından "8-ci km bazarı"na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Seyfəli · 13 İyul 17:0900

    Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi marşurutdan çox əziyyət çəkir. Çox adam tutmaq üçün oturacaqlar yaxınlaşdırılır. Bakıya marşurut yoxdu, ancaq Lökbatana 149 işləyir. Bu marşurutda BakuBusa verilsə idi çox yaxşı olardı. Heç olmasa metro stansıyalarından birinə işləyərdi.

    Cavab yaz
  • Anonim
    1Али · 13 İyul 19:2201

    40 и 35 birləşdirmək lazimdi

    Cavab yaz
    • Anonim
      Elshen · 13 İyul 21:0410

      Sabuncu-Guneshli,Bakixanov-Ehmedli bunlari nece birleshdirsinler?,sen deyesen Bakixanovdan 8km bazarina ve 8km den Bakixanova gedib gelirsen,bes qalan sernishinleri fikirleshmirsen?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.