Cəmiyyət

Bakıda ahıl kişini avtomobil vurub

13 İyul 2018 08:29
0 Şərh     Baxış: 308

Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi metronun "Neftçilər" stansiyasının çıxışına yaxın ərazidə qeydə alınıb.

1949-cu il təvəllüdlü Abdullayev Zakir Səməd oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən onu minik avtomobili vurub. 

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Z. Abdullayev təcili yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.