Cəmiyyət

Azərbaycanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO - FOTO

13 İyul 2018 07:48
0 Şərh     Baxış: 2 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı "Mercedes Vito"-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.