Cəmiyyət

Ağsuda yanğınsöndürən xəsarət alıb

12 İyul 2018 23:53
0 Şərh     Baxış: 504

Ağsu rayonunun Bico kəndində baş vermiş yanğın zamanı 1 yanğınsöndürən tüstüdən zəhərlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, yanğın zamanı Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı Ceyhun Qurbanovun tüstüdən halı pisləşib.

C. Qurbanov təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu gün rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahəsində yağın baş verib. Alovun qarşısı tamamilə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.