Cəmiyyət

Salyanda heyvan oğurlayan iki qardaş saxlanılıb - VİDEO

12 İyul 2018 21:03
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonundaheyvan oğruları saxlanılıb.

Rayonun Peyk kənd sakini Abdulla Cəbrayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun həyatyanı sahəsində heyvan saxlanılan tiklidən 2 baş iribuynuzlu heyvanının oğurlandığını bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və onun qardaşi Famil Rzayev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub qrup təşkil edərək axşam saatlarinda Abdulla Cəbrayilovun heyvanları saxladığı fermaya gələrək dəmir parcası ilə qapının qıfilla baglanmiş zəncirini qiraraq tövləyə daxil olublar və oradan 2 baş iribuynuzlu heyvanı oğurlayıblar.

Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Hazırda faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Salyanda heyvan oğurlayan iki qardaş saxlanılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.