Cəmiyyət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

12 İyul 2018 20:00
1 Şərh     Baxış: 8 020

Sabah paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq.

Azəriqaz İB-dən Milli.Az-a verilən məlumata görə, diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 25-27-ci kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Musdafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Azer · 13 İyul 10:2800

    MILLI AZ SIZIN AZERGAZLA GOHUMLUGNUZ VAR. YADA ARANIZDA RAZILIGA GALMISIZKI ONLARIN NOGSANLARI BARESINDE BIR YAZI BURAXMIYASIZ . YEGIN YAXWI GORUM BAXIM EDIRLER SIZE.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.