Cəmiyyət

Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

12 İyul 2018 18:00
0 Şərh     Baxış: 2 119

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində 13 və 14 iyul tarixlərində təmir işləri aparılacaq.

Bu barədə Milli.Az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət 13 iyul tarixində səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.