Cəmiyyət

Gəncədə polisləri öldürənlər kimlərdir? - VİDEO

12 İyul 2018 00:02
Baxış: 4 895

Gəncədə polisləri öldürənlər kimlərdir? Milli.Az bildirir ki, qanlı cinayəti törətməkdə şübhəli bilinən və axtarışda olan 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovun sosial şəbəkədəki paylaşımlarında radikal dindar olduğu açıq-aşkar hiss olunur. O, müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib. Hətta paylaşımlarında dini təbliğata yönəlik videolara üstünlük verib. Cinayətkar demək olar, hər gün sosial şəbəkədə eyni məzmunlu radikal paylaşımlar edib.

Fərrux Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir.

Fərruxun paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar da var.

Gəncə hadisələrini törətməzdən öncə Fərrux Kərbalanı ziyarət edib. Bir sözlə, Fərrux Qasımovun facebook sosial şəbəkəsindəki aktivliyi radikal dini fəaliyyət istiqamətində olub. Onun paylaşımlarının hər kəsə açıq olması da onun fəaliyyətinin nəyə xidmət etdiyini bir daha göstərir.

Yeri gəlmişkən, Fərrux Qasımovun qardaşı Ramin Qasımov da cinayətkardır. O, 2016-cı ilin sentyabr ayında xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurduğuna görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən digəri isə 2 dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir. 1988-ci ilin 12 yanvarında Gəncədə anadan olmuş Rəşad 19 yaşında öz anasını bıçaqlayaraq qətlə yetirib və buna görə 2 oktyabr 2007-ci ildə qəsdən adam öldürmə maddəsi ilə 7 il müddətinə həbs edilib. Cinayətkar həbs müddəti bitdikdən sonra Rusiyaya gedib, lakin orada da çox qala bilməyib. Həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14 iyul 2015-ci ildə Rusiyanın cinayət məcəlləsinin 161.2 - soyğunçuluq maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Polis zabitini qətlə yetirən Rəşad Böyükkişiyev də Fərrux Qasımov kimi radikal dindardır. Onun mütəmadi olaraq İrana səfərlər etdiyi bildirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gəncədə polisləri öldürənlər kimlərdir?

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.