Cəmiyyət

Təcili yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO

11 İyul 2018 23:43
0 Şərh     Baxış: 2 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:43

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.

----------

21:58

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.