Cəmiyyət

Mehdiabadda ətrafı bürüyən üfunət iyi - Sakinlər çıxılmaz vəziyyətdə qalıb - VİDEO

10 İyul 2018 21:18
0 Şərh     Baxış: 2 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərə yaxın ərazidə tikilən donuz ferması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Sakinlərin sözlərinə görə, fermadan yayılan üfunət səbəbiylə onlar pəncərələrini belə aça bilmirlər. Aidiyyəti qurumlar isə problemin həlli üçün fermaya vaxt verildiyini deyirlər.

Evlərin cəmi 30 metrliyində yerləşən bu fermada donuz saxlanılır. Gün boyu ətrafa o qədər kəskin qoxu yayılır ki, burada yaşayanlar pəncərələrini aça bilmirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Abşeron rayonu Mehdiabada qəsəbəsi Niyazi küçəsindəndir. Sakinlər deyirlər ki, buradakı gölün ətrafında uzun illərdir dana və toyuq ferması olub. Amma son 1 ildir burada donuz saxlanılır ki, oradakı natəmizlik və pis qoxudan ətrafı üfunət bürüyüb.

Bu ərazidə yaşayanların sözlərinə görə, kəskin qoxu hətta insanlarda qaşınmaya da səbəb olur.

Donuz fermasında işləyənlər isə kameramızı görüb çölə çıxmaq istəmədilər və bizi də içəri buraxmadılar. Onların sözlərinə görə, bu ferma ''SAU VİTAS'' MMC-yə məxsusdur.

Abşeron rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsinin müavini Zabil Rzayevin verdiyi məlumata görə, artıq sakinlərin şikayəti əsasında aidiyyatı qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fermanın 3 ay ərzində, yəni sentyabrın 7-ə qədər ya köçürülməsi, ya da qoxunun ətrafa yayılmaması üçün müasir avadanlıqlarla təmin edilməsi barədə qərar qəbul edib. O cümlədən polis əməkdaşları da bu ərazi ilə bağlı araşdırma aparır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mehdiabadda ətrafı bürüyən üfunət iyi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.