Cəmiyyət

DİM 26 min şagirdi imtahana çəkdi

10 İyul 2018 21:04
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 26 min 14 nəfər imtahan verib. Onlar kolleclərə və V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün imtahanlarda iştirak ediblər. Qaydaları pozduğu üçün imtahanlardan qovulanlar da olub.

Kolleclərə və V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları keçirildi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil edilən imtahanlarda 26 min 14 nəfər iştirak edib. Onlardan 18 min 116 nəfəri tam orta təhsil bazasından, 4 min 437 nəfəri isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki illərin məzunları olub. 847 nəfər isə eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunlarıdır.

İmtahan verənlərdən 2 min 614 nəfəri isə XI sinif şagirdləri olub.

Qaydaları pozduğu üçün imtahandan qovulanlar da olub.

İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.