Cəmiyyət

Sumqayıtda sürücü piyadanı vurub öldürdü - VİDEO

10 İyul 2018 21:03
0 Şərh     Baxış: 553

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa, 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Daşkəsən rayonunun Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev saxlanılıb.

Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Rafiq Bağırova məxsus 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev yaxanı ələ verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda sürücü piyadanı vurub öldürdü

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.