Cəmiyyət

Psixiatriya xəstəxanalarının tikintisinə sərf olunacaq VƏSAİT açıqlandı

10 İyul 2018 20:57
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanalarının tikintisi üçün keçirilən tenderin nəticələri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanasının yenidən tikilməsi üçün keçirilən tenderin nəticələrinə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanasının tikinti işlərini Rayonlararası İstehsalat Kombinatı həyata keçirəcək. Tikinti işlərinə 6 634 785,79 manat sərf ediləcək.

Şəki şəhər Psixiatriya Xəstəxanasının yenidən tikilməsinə 10 333 677,01 manat vəsait sərf ediləcək.

Hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Qba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.