Cəmiyyət

XƏBƏRDARLIQ! Anomal istilər qayıdır

10 İyul 2018 14:30
10 Şərh     Baxış: 20 645

Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, iyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edilir.

Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    kohne adam · 10 İyul 15:1082

    Ne etmek olar? Bu iyul ayi hemise isti olub,calisib istiden qorunmaliyiq...Yaxsi olar,Insallah...Biz mudrik ve dozumlu milletik!!!!!

    Cavab yaz
    • Anonim
      D · 10 İyul 17:0892

      en azinnan anomal isti olanda milleti iwletmek duz deyil

      Cavab yaz
    • Anonim
      g · 11 İyul 00:0530

      lap bele olmamisdi.40 derece isti ilde bir iki defe

      Cavab yaz
  • Anonim
    15:10-a · 10 İyul 17:2153

    1000-ə dözən 1001-ə də dözər.

    Cavab yaz
    • Anonim
      xalqını seven · 10 İyul 21:0921

      Bəli Azərbaycan xalqı cox dözümlü xalqdır.

      Cavab yaz
    • Anonim
      nn · 11 İyul 10:4700

      Gör indi küçədə qalan heyvanlar susuzluqdan nə əziyyət çəkir. Bu isti havada biz insanlar onlara kömək etsək, sadəcə su alıb versək Allah qarşısında savab iş görərik.

      Cavab yaz
  • Anonim
    inti · 10 İyul 18:1641

    qardaş istilerden ne qeder adam öldü.biri men gün vurdi3gün özüme gelmedim.ancaq qaytarirsan.bu dünyanin istisine döze bilmirik i dünyanin istisi..vay vay.allahin yaziği gelsin bize..

    Cavab yaz
  • Anonim
    Sena · 10 İyul 21:3929

    Anomal yoxeee anormal , her defe anomal yazirsiz.

    Cavab yaz
    • Anonim
      Leyla · 10 İyul 22:2461

      Duz yazilib.Anomal istiler yazilir.

      Cavab yaz
    • Anonim
      g · 11 İyul 00:0530

      anomal deyilir.anormal ayri sozdu

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.