Cəmiyyət

Maşın nömrələri hərrac yolu ilə satılacaq - YENİLİK - VİDEO

17 İyul 2018 21:17
0 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın gələcəkdə avtomobillər üçün xüsusi düzülüşlü dövlət qeydiyyat nişanları hərrac yolu ilə satılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, 001, 100, 111 kimi rəqəmləri olan dövlət nömrə nişanları üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulurdu. Dəyişiklikdən sonra həmin xüsusi dövlət rüsumu ləğv edilir.
"Dövlət rüsumu haqqında" qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Təkcə qeyd edilən üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satıla biləcək.
Ərşad Hüseynov bildirib ki, yeniliklər oktyabr ayından sonra icra oluna bilər.
"Dövlət rüsumu haqqında" qanuna edilən digər bir dəyişikliyə əsasən isə, adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artırılaraq 35 manat olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Maşın nömrələri hərrac yolu ilə satılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.