Cəmiyyət

Yaşlı qadını maşın vuraraq öldürüb

9 İyul 2018 23:54
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində 57 yaşlı qadını maşın vuraraq öldürüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

1961-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sultanova Xuraman Əlcan qızı magistral yolun Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisəyə, qəza baş verən ərazinin işıqlandırılmaması və həmin ərazidə piyada keçidinin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.