Cəmiyyət

Tovuz sakini özünə maraqlı peşə seçib - VİDEO

9 İyul 2018 21:40
1 Şərh     Baxış: 2 576

5 sm-lik kauçuk materialdan hazırladığı alətlə 15 fərqli dildə, 50-dən çox mahnı ifa edir. Milli.Az bildirir ki, Tovuz sakini 80 yaşlı Sabir Sadıqovun bu məharəti görənlərin marağına səbəb olur. Hələ uşaq yaşlarından ağac yarpaqları ilə müxtəlif quş səsləri çıxaran Sabir Sadıqov sonradan bu istedadını təkmilləşdirib. İndi o, ərsəyə gətirdiyi alət ilə bütün nəfəs alətlərinin səsini çıxara bilir. Həm ifa edir, həm də musiqiləri səsləndirir.

Bu alətlə mahnı ifa etmək o qədər də asan deyil. Onun ağızda yerləşdirilməsi və nəfəsə mane olmaması üçün çənəni və dili ölçülərə uyğun hərəkət etdirmək lazımdır.

O, özünə məxsus olan bu sənəti gənclərə də öyrədir. Hələlik isə ən böyük arzusu icad etdiyi alətin yeni musiqi aləti kimi qeydiyyata alınmasıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tovuz sakini özünə maraqlı peşə seçib

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mən · 10 İyul 06:4500

    Belə alət olar?Bu, həvəskar bir adamdır,özü çala bilir.Başqaları necə çalsın bunnan?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.