Cəmiyyət

Azərbaycanda axtarışda olan cinayətkarların 47-si uşaq olub

20 Sentyabr 2018 22:06
0 Şərh     Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda axtarışda olan cinayətkarların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038 cinayətkar axtarışda olub.

Axtarışda olan cinayətkarların 47-si 14-17 yaşlı uşaqlar olub.

Ötən il axtarışda olanların 1603-ü dələduzluq, 718-si oğurluq, 147-si hərbi xidmət əleyhinə (onlardan 62-si fərarilik), 34-ü dövlət əleyhinə, 42-si banditizm, 103-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.

Ötən il ərzində 914 nəfər itkin düşüb ki, onların 105-i 18 yaşadək uşaq olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə azalıb.

2016-cı ildə Azərbaycanda 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.