Cəmiyyət

Vikipediya könüllülərindən Ordu gününə töhfə - VİDEO

25 İyun 2018 19:52
0 Şərh     Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər.

Milli.Az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediya-da Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub.

Qeyd edək ki, könüllülər, həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində əldə etdiyi uğurlar barəsində bir çox məqalə yaradıblar.

Həmçinin, bu təşəbbüs çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə aid məlumatların xaricidilli Vikipediyalar-da yerləşdirilməsində "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin əsaslı töhfəsini vurğulamaq zəruridir.

Bu fəaliyyət çərçivəsində 94 yeni məqalə yaradılıb,14 məqalə əsaslı redaktə edilib və 16 məqalə isə müxtəlif dillərə tərcümə olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Vikipediya könüllüləri ordu gününə öz töhfəsini verdilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.