Cəmiyyət

Goranboyda minik avtomobili aşıb, ana və qızı xəsarət alıb

24 İyun 2018 13:59
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Hyunday" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.