Cəmiyyət

Bakı hərbi parada hazırlaşır - VİDEO - FOTO

24 İyun 2018 13:45
19 Şərh     Baxış: 9 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu gün "Azadlıq" meydanında parada hazırlıq təlimləri keçirilib.

Bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikalarının nümayiş olunacağı gözlənilir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün -  26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hərbi parada hazırlıqlar davam edir

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.