Cəmiyyət

Bağçalarda valideynlər üçün fərdi videomüşahidə yaradıla bilər

24 İyun 2018 09:14
2 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin uşaq bağçalarında valideynlər üçün fərdi videomüşahidə sistemi yaradıla bilər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Mimobile"ın idarə heyətinin üzvü (Xiaomi məhsulunun Azərbaycanda rəsmi distributoru) Cümşüd Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda bu servis sınaq mərhələsindədir və servisin sınağının uğurlu olacağından asılı olaraq paytaxtın uşaq bağçalarına təklif olunacaq: "Söhbət uşaq bağçasında 360 dərəcəli kameraların quraşdırılmasından gedir ki, bu da hər bir valideynə smartfon vasitəsilə istənilən vaxt uşağının nə ilə məşğu olduğunu görmək imkanı yaradır. Uşaqla sistem vasitəsi ilə ünsiyyət də qurmaq mümkün olacaq".

C.Əliyev qeyd edib ki, layihə üzrə hazırlıq işləri sentyabr ayına qədər aparılacaq və layihə irimiqyaslı xarakter daşıdığı zaman mobil operatorlara təklif ediləcək: "Valideynlər kameralara xüsusi IOS və Android distributivlər vasitəsilə əldə edə biləcəklər. Kameraların bağçalarda quraşdırılması ödənişlə həyata keçiriləcək. Valideynlər isə onlardan ödənişsiz olaraq istifadə edə biləcəklər. Bundan başqa, ödəniş məlumatların saxlanılması tələb olunduğu halda istənilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.