Cəmiyyət

Xəstəlik mənbəyi olan çimərliklərdən istifadə edilir - VİDEO

23 İyun 2018 21:00
1 Şərh     Baxış: 2 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizi sahilindəki bəzi çimərliklər sanitar-gigiyenik normalara cavab vermir. Aparılan son yoxlamalar bunu deməyə əsas verir. Buna görə də belə çimərliklərdə çimmək tövsiyə olunmur. Amma qadağalara baxmayaraq, hələ də belə yerlərdən istifadə edənlər var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət son monitorinqlər zamanı sanitar-gigiyenik norma və tələblərə cavab verməyən çimərliklərdən gedir. Hansı ki, burada çimmək məsləhət görülmür.

Çimməyə gələnlərin əksəriyyəti də burdakı mövcud vəziyyətdən xəbərdardır. Amma yenə də belə çimərliklərdən istifadə edirlər. Ətrafda atılan plastik butulkaları, boş sellofan paketləri və daşıb yerə tökülən zibil qablarını görmək mümkündür. Çimərlikdən istifadə edənlər deyir ki, antisanitar vəziyyətin yaranmasına səbəb elə burdan istifadə edənlərdir. Aparılmış monitorinqlər nəticəsində, Şıx çimərliyi ilə yanaşı, Sahil qəsəbəsinin "Sahil" çimərliyində də dəniz suyunda baktereoloji çirklənmənin normadan çox olduğu müəyyən edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin monitorinqlərinə görə, Abşeron yarmadasında qanuni fəaliyyət göstərən çimərliklərdə dəniz suyu bütün göstəricilərə cavab verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xəstəlik mənbəyi olan çimərliklərdən istifadə edilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.