Cəmiyyət

Bakının mərkəzində balkonlardan paltar asmaq qadağan edildi - VİDEO

23 İyun 2018 20:59
9 Şərh     Baxış: 4 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib ki, həmin tələb mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir.

Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.

Hüseyn Cəfərov bildirib ki, indiyədək paltar asmağa qadağa tələbi ilə bağlı sakinlərlə heç bir problem yaranmayıb.

Onu da qeyd edək ki, Nərimaov rayonu paytaxtın mərkəzi rayonlarından biri hesab olunur. Bir sıra beynəlxalq tədbirlər və yarışlar da elə bu rayonun ərazisində keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının mərkəzində balkonlardan paltar asmaq qadağan edildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.