Cəmiyyət

Özünü polis kimi təqdim edən şəxs avtobusun açarını qıraraq qaçıb - VİDEO

23 İyun 2018 19:18
0 Şərh     Baxış: 1 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir avtobus sürücüsünə qarşı kobudluq edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu dəfə özünü polis kimi təqdim edən gənc avtobusa ödənişsiz daxil olmaq istəyib. Sürücü isə buna etiraz etdikdə həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.

Həmin gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, nitq qüsurlu şəxs daha sonra əli ilə çiyinini göstərərək polis olduğunu işarə edir. Bu şəkildə plastik kartla ödəniş edilən avtobusa pulsuz minmək istəyib.

Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Hadisə metorunun "20 Yanvar" stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib. Bu zaman avtobusun sükanı arxasında sürücü Aydın Yunusov olub.

Sürücü bildirir ki, mübahisə nəticəsində qəza riski də yaranıb və buna görə sərnişinlər qorxu keçiriblər.

Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Özünü polis kimi təqdim edən şəxs avtobusun açarını qıraraq qaçıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.