Cəmiyyət

İsmayıllıda bir aydır içməli su problemi yaşanır - VİDEO

23 İyun 2018 19:11
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayon Uştal kəndində içməli suyun olmaması insanları çıxılmaz vəziyyətə salıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Uştal rayonun ucqar kəndlərindən biridir. Sakinlər artıq bir aya yaxındır ki, suyu pul verib maşınlarla daşıtdırırlar. Bəziləri isə qablarla xeyli məsafədən özləri daşıyır.

Sakinlər iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır.

İsmayıllı rayon Su-Kanal İdarəsinin istismar üzrə qrup rəhbəri Faiq Lətifov deyir ki, problem yağışlar vaxtı yaranan sel nəticəsində su borularına lilin dolmasından qaynaqlanır.

Sakinlərin su xəttinə kənar müdaxilələrlə bağlı iddiaları isə araşdırılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsmayıllıda bir aydır içməli su problemi yaşanır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.