Cəmiyyət

Tülküyə işgəncə verdi, ağır cəzalandı - VİDEO

23 İyun 2018 19:09
2 Şərh     Baxış: 1 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tülküyə qarşı qəddarlıq edən və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs cəzalandırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tülkünün boyun nahiyyəsindən tutan gənc əvvəl onu suya salıb, daha sonra yerə yıxaraq təpikləyib. Bu zaman heyvanın halsızlıqdan tərpənə bilmədiyi görsənir.
Gənclər bu görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra Azərbaycan Heyvanların Mühafizəsi Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov aidiyyəti qurumlara müraciət edib.

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşlarının araşdırmaları nəticəsində tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. O, hadisəni etiraf edərək səhvini boynuna alıb.

Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanun pozucusunu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimələyib və cərimənin ödənməsi təmin edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tülküyə işgəncə verdi, ağır cəzalandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.