Cəmiyyət

Azərbaycanla Gürcüstan arasında yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa ediləcək - Keçid daha sürətli olacaq

23 İyun 2018 16:42
1 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Gürcüstan arasında Sadıxlı kəndi yaxınlığında yeni gömrük-sərhəd keçid məntəqəsisinin inşası planlaşdırılır.

Milli.Az-ın Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abas­ov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi məntəqənin tikintisi ilə bağlı danışıqlar artıq yekunlaşıb, nəticələr əldə olunub və yaxn zamanlarda tikintiyə başlanıla bilər.

A.Abasov qeyd edib ki, yeni məntəqədə yük və nəqliyyat vasitəsi bir ölkə tərəfindən yoxlanılarsa, digər tərəf artıq yoxlama aparmayacaq. Bu da gömrük-sərhəs keçid məntələqəsində yüklərin sürətli daşınmasına, eyni zamanda ticarətin asanlaşmasına xidmət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.