Cəmiyyət

Mingəçevirdə dəmir jalüz mağaza sahibinin başına düşüb

23 İyun 2018 08:40
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində mağaza sahibi ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Həsənov Kazım Həsən oğlu ticarət mərkəzlərindən birində yerləşən ərzaq mağazasını bağlamaq istəyən zaman, qapının dəmir jalüzü başına düşərək ona ağır xəsarət yetirib.

Sahibkarıın başı yarılıb və o, kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.