Cəmiyyət

Daha bir Azərbaycan Ticarət Evi Həştərxanda açılacaq

22 İyun 2018 22:53
Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il Rusiyanın Həştərxan şəhərində Azərbaycan Ticarət Evi açılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sədrliyi ilə Turizm üzrə Regional Şuranın iclasında müzakirə edilib.

İclas zamanı A.Jilkin qeyd edib ki, Azərbaycan məhsullarına nəinki həştərxanlılar, eləcə də turistlər arasında böyük tələbat olacaq.

Ticarət Evi bu ilin mayında Həştərxanın Bakı küçəsində açılan Azərbaycan Biznes Mərkəzinin qonşuluğunda yerləşəcək. Hazırda Biznes Mərkəzinin ərazisində 25 Azərbaycan şirkətinin məhsullarından ibarət sərgi təşkil edilib.

Azərbaycan Biznes Mərkəzinin direktoru Regina Fayzulayeva bildirib ki, Ticarət Evinin sənədləri tam sürətlə hazırlanır. Ticarət Evində məhsulların satışı həm topdansatış, həm də pərakəndə formada həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək. Bundan əvvəl Belarus və Latviyada Azərbaycan Ticarət evləri açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.