Cəmiyyət

Bakıdakı özbaşına avtobus sürücüləri ilə nə etməli? - VİDEO

22 İyun 2018 22:49
1 Şərh     Baxış: 2 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gedişhaqqı 25 qəpik olduğu halda sürücülər, sərnişinlərdən 30 qəpik alır. Milli.Az bildirir ki, söhbət hövsan qəsəbəsi vəşəhər istiqamətində işləyən 132 və 161 saylı marşurutlardan gedir.

Sərnişinlərin sözlərinə görə, sürücülər əksər hallarda gediş haqqı 25 qəpik olduğu halda onlardan 30 qəpik alırlar.

Halbuki, həmin marşurut xəttində qiymət bir neçə il əvvəl tarif şurasının qərarı ilə 25 qəpik olub. Sürücülər isə deyilənlərin əksini deyir. Onlar bir çox sərnişinin 5 qəpiyi almadan düşüb getdiklərini bildirirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirdi ki, əgər hansısa sürücü müəyyən olunmuş gedişhaqqından artıq pul alırsa bu sərnişindaşıma qaydalarının pozulması deməkdir. Həmin xəttdə baş verənlər agentlik tərəfindən araşdırılacaq. Həqiqətən də təsdiq edilərsə daşıyıcı şirkət barəsində lazımı tədbirlər görüləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıdakı özbaşına avtobus sürücüləri ilə nə etməli?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.