Cəmiyyət

Sürücülük vəsiqəsi olmayan sürücü: "Əcəb edirəm, adam öldürməmişəm ki" - VİDEO

22 İyun 2018 22:30
3 Şərh     Baxış: 3 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əcəb edirəm, adam öldürməmişəm ki". Milli.Az bildirir ki, bu sözləri sürücülük hüququ olmadan avtomobil idarə edən sürücü deyib. Yol polisi əməkdaşlarının Ağsuda keçirdiyi reyddə başqa maraqlı anlar da yaşanıb.

Avtomobilə quraşdırdığı avadanlığın qanunsuz olduğunu bilsə də, özünü təqsirli saymır.

Digəri sürücülük hüququ olmadan avtomobil idarə etməyinə belə haqq qazandırır.

Kimisi də çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə görür.

Görüntülər Yol Polisi əməkdaşlarının Ağsuda keçirdiyi reyddəndir. Reyd zamanı 40 yaxın sürücü barəsində inzibati protokol tərtib olunub, 7 nəqliyyat vasitəsi müvəqqəti dayanacağa aparılıb.

Sürücülük vəsiqəsinin müddəti 2 il əvəl bitən bu sürücü nəqliyyat vasitəsini də 7 ildir ki, texniki baxışdan keçirmir. Səbəbini soruşduqda isə cavabı çəkiliş qrupuna hücum etmək oldu.

Reydlər davam etdiriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülük vəsiqəsi olmayan sürücü:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.