Cəmiyyət

"Yad dini ideologiyaların təsirinə məruz qalaraq ölənlər şəhid sayılmır"

22 İyun 2018 13:06
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid kimi adlandırırlar. Bu düzgün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransda deyib.

S.Heydərov bildirib ki, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlayışlı olmaq lazımdır:

"Qurani-Kərimdə bu məsələ aydın ifadə olunub. Bizim dünyagörüşümüzdə, azərbaycançılıq fəlsəfəmizdə vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük nemətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.