Cəmiyyət

Bərdədə qardaş qardaşı bıçaqlayıb

21 İyun 2018 23:11
1 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə qardaş qardaşı bıçaqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü Əsədov Mahir Məhiyyəddi oğlu qardaşı Əsədov Teymur tərəfindən bıçaqlanıb.

M.Əsədov APA-ya açıqlamasında bildirib ki, qardaşı 4 gün əvvəl həbsdən buraxılıb.

Məlumata görə, münaqişəyə səbəb T.Əsədov həbsdə olduğu zaman qardaşının onunla görüşə getməməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.