Cəmiyyət

Göyöskürək qriplə başlayır - Xəstəliyi adi öskürəkdən necə fərqləndirməli?

21 İyun 2018 22:50
2 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyöskürək mikroblar tərəfindən törədilən yoluxucu xəstəlikdir. Bir çox hallarda adi öskürəklə dəyişik salınır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlu xəstəlikdən danışaraq, bunun sadə qrip (burun axıntısı, yüngül qızdırma, konyuktivit və s.) ilə başladığını bildirib:

"Uşaqda anidən başlayan boğulmaşəkilli öskürək tutmaları ilə davam edir. Öskürək tutmaları əsasən gecələr olur. Öskürək zamanı uşaqda boğulma, göyərmə halları müşahidə olunur. Göyöskürək zamanı baş verən inadcıl öskürəklər 3-6 aya qədər davam edə bilir".

Pediatr diaqnozun əsasən kliniki əlamətlərə görə qoyulduğunu qeyd edib:

"Bundan başqa burun udlaqdan götürülən yaxmada mikrobun aşkarlanması, Elisa metodu (qanda göyöskürək antitellərinin təyini) diaqnozu təsdiqləməyə yardımçı olur".

Pediatr göy öskürəyin köklü müalicəsinin olmadığından təəssüflənib.

"Əsasən şikayətlərin azaldılmasına yönəlik simptomatik müalicə aparılır. Yəni verilən müalicələrə baxmayaraq şikayətlər uzun müddət davam edə bilir.
Göyöskürəyə qarşı qorunmağın yolu peyvənddir. Peyvəndin vurulması körpələrin ilk aylarından etibarən başlanılır. Göyöskürək olduqca yoluxucu olduğuna görə xəstəliyin peyvənd olunmuşlarda da görülməsi halları mümkündür", - deyə Abdullaoğlu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.