Cəmiyyət

Attestatla qəbul aparan universitetlər: Xarici diplomlar hansı hallarda tanınır? - VİDEO

20 İyun 2018 22:12
0 Şərh     Baxış: 6 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali məktəblərə qəbul ərəfəsində bir sıra hallarda abituriyentlərə imtahan vermədən sadəcə attestatla xarici təhsil ocaqlarına qəbul olunub təhsil almaq şəraiti yaradılır. Buna isə adətən ölkədə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərməyən abituriyentlər meyl edir. Baxmayaraq ki, onların özləri belə həmin universitetlərdəki təhsillərinin aqibətinə görə tərəddüd edirlər.

Milli.Az bildirir ki, Təhsil Nazirliyinin isə xaricə üz tutan bu cür abituryentlərə bəzi tövsiyələri var. Çünki onların sonradan diplomları tanınmaya bilər.

Bəzi hallarda abituriyentlərlə həmin universitetlər arasında vasitəçilik edən şirkətlər hətta Təhsil Nazirliyinin adından da istifadə edib diplomların tanındığını bəyan edirlər. Nazirliyin sözçüsü Cəsarət Valehov bu məsələyə də aydınlıq gətirib.

Qurum rəsmisinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə xaricə üz tutanların sayında azalma müşahidə olunur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Attestatla qəbul aparan universitetlər: Xarici diplomlar hansı hallarda tanınır?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.