Cəmiyyət

Həzrət İsadan Rəsuli-Əkrəmə qədər olan dövrü Quran necə adlandırır?

21 İyun 2018 23:10
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük arif və alim olan Ayətullah Məkarim Şirazi "Təfsiri-numunə"də buyurur: "Allah Təala Quranda buyurur: "Ey kitab əhli, həqiqətən (Qiyamət günü) "bizə heç bir müjdə verən və qorxudan gəlmədi" deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (Həzrət İsa (ə) ilə Həzrət Muhəmmədin (s) peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir.

Deməli, doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir". ("Maidə" 19).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə adı çəkilən fitrət sözü sükut və hüzur mənasını verir. İki hərəkat arasında olan fasiləyə də fitrət deyirlər.

Həzrət Musa (ə) ilə Həzrət İsa (ə) arasındakı dövrdə çoxlu peyğəmbərlər olmuşdular. Ancaq Həzrət İsadan (ə) sonra bu fasilə uzanmışdır. Ona görə də Qurani-Kərim bu dövrü fitrət dövrü adlandırmışdır.

Bildiyimiz kimi, Həzrət İsa (ə) ilə İslam Peyğəmbərinin (s) arasında 600 il fasilə olmuşdur. Ona görə də Quran bu uzun dövrü fitrət dövrü adlandırmışdır.

İmam Əli (ə) "Nəhcul-Bəlağə"də buyurur: "Bəli, yer üzü heç bir zaman İlahi hüccət üçün qiyam edən kəsdən boş olmayacaqdır. İstər aşkar olsun, istərsə də gizli. Allahın nişanələrinin, əlamətlərinin, əhkam və qanunlarının aradan getməməsi üçün Allah onların vasitəsilə Öz nişanə və dəlillərini qoruyar ki, özü kimilərə ötürsünlər. Onun toxumlarını özü kimilərin qəlblərinə səpsinlər".

Aydındır ki, əgər İlahi hüccət olmazsa, yer üzü fitnə və fəsada bürünəcəkdir. Allah Təalada bu fitnələrin qarşısını almaq üçün yer üzərinə Öz elçilərini göndərmişdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.