Cəmiyyət

"Pəncərəni sən açırsan, arxadakı bağla deyir" - VİDEO - FOTO

20 İyun 2018 19:04
2 Şərh     Baxış: 1 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər havaların istiləşməsi sakinlərə ictimai nəqliyyatdan istifadədə çətinlik yaşadır. Sərnişin sıxlığı bir yana, isti hava avtobusda nəfəs almağı belə çətinləşdirir. Çıxış yolu kimi kondisionerlərdən istifadə olsa da, hələlik bu xidmət Şəkidə fəaliyyət göstərən avtobuslara şamil edilməyib.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində süjet yayımlanıb.

Sakin: "Şərait yoxdur. İstidə dayanmaq olmur".

Şahin Sadıqov (avtovağzal nəzarətçi): "Böyük avtobuslarda yay sezonu ilə əlaqədər kondisionerlər işləyir".

Bəzən nəqliyyat vasitələrinin pəncərələri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur.

Sakin: "Pəncərəni sən açırsan, arxadakı bağla deyir. Məcbur qalıb bağlayırsan".

Lakin kondisionerlərin olmaması başqa, işlədilməməsi isə başqa bir məsələdir. Nəticədə avtobusdan istifadə edənlər sıxlıqla bərabər, həm də diskomfort bir şəraitdə getməli olurlar.

Vaqif Əhmədov (DANK-nın əməkdaşı): "Yaz-yay olduğu üçün əməkdaşlar arasında maarifləndirmə işləri aparılır. Amma istehsalçı şirkət tərəfindən bir çox avtobuslarda kondisioner quraşdırılmayıb".

Şəki Nəqliyyat şöbəsindən bildirdilər ki, şəhərdə kondisioner sistemi özünü doğrultmur.

Paytaxta hərəkət edən iritutumlu 7, həmçinin rayonlararası və paytaxt isitqamətində hərəkət edən xırdatutumlu 11 avtobus kondisionerlə təchiz edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobuslardan istifadə edənlər MÜTLƏQ OXUYUN

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.