Cəmiyyət

Əməkdar artist illər sonra ETİRAF etdi: "Həyat yoldaşım teatrda işləməyimi istəmirdi, tamaşaları gizlin oynayırdım"

20 İyun 2018 20:46
0 Şərh     Baxış: 3 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Məsmə Aslanqızı susqunluğunu pozub. Aktrisa uzun müddətdir görünməməsinin səbəbini Milli.Az-a açıqlayıb:

"5 ildir ki, heç bir televiziya verilişinə qatılmıram, ortalıqda görünmürəm. Buna səbəb ailə həyatı qurmağım oldu. Ailə həyatı qurandan sonra həyat yoldaşım teatrda işləməyimi istəmədi. Sözün düzü, bir müddət gizlin gəlib tamaşalarımı oynadım, amma son 2-3 ay ərzində xəbər tutdu, danışdıq, razılaşdıq və yenidən teatra qayıtdım. Biz teatrsız, sənətsiz yaşaya bilmərik. Bu, bizim artıq qanımıza, canımıza hopub" deyə əməkdar artist bildirib.

Qeyd edək ki, aktrisanın iki qız övladı var.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.