Cəmiyyət

Azərbaycanın Braziliyadakı səfiri Fernando Kolor və Nilson Pinto ilə görüş keçirib - FOTO

20 İyun 2018 07:35
0 Şərh     Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 19 iyun tarixində, səfir Elxan Poluxov Braziliya Milli Koqresinin Deputatlar Palatasında Xarici əlaqələr komitəsinin sədri Nilson Pinto və Braziliya Federativ Respublikasının sabiq prezidenti, Braziliya Milli Koqresinin Senatında Xarici əlaqələr və təhlükəsizlik məsələləri komitəsinin sədri Fernando Kolor ilə görüşüb.

Azərbaycanı Braziliyadı səfirliyindən Milli.Az-a bildiriblər ki, görüşü zamanı, tərəflər Azərbaycanla Braziliya arasında Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi perspektivləri, parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu, əhəmiyyəti və digər bu kimi məsələlər müzakirə mövzusu olub.

Həmçinin, Səfir Elxan Poluxov Bakı şəhərinin EXPO 2025-in keçirilməsi üçün namizədliyinin dəstəklənməsi məsələsini hər iki komitə sədrindən xahiş edib və bu məsələnin Azərbaycan üçün əhəmiyyətini həmsöhbətlərinin nəzərinə çatdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.