Cəmiyyət

Astarada narkotacirlər saxlanılıb - FOTO

19 İyun 2018 22:58
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astarada qaçaqmal yolu ilə respublika ərazisinə gətirilən narkotik vasitələrin satışını həyata keçirən şəxs saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Astara rayon polis şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində rayonun Şahağacı kəndinin sakini Asim İmamverdiyev qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitəni satarkən saxlanılıb və üzərindən 4 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam edən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib və əlavə olaraq satış üçün hazırlanmış heroin və narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. O, saxlanılarkən qardaşı Mühəndis İmamverdiyev polis əməkdaşlarına müqavimət göstərdiyi üçün tutulub.

Bundan başqa davam edən tədbirlərlə rayonun Rüdəkəran kənd sakini Rusif Hüseynov və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasına görə bir neçə dəfə məhkum olunmuş Astara şəhər sakini Əhliman Əliyev saxlanılıblar. Onların da hər birinin üzərində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.