Cəmiyyət

Qəssabxanalarda ət kəsimi necə aparılmalıdır... - QAYDALAR AÇIQLANIB - VİDEO

19 İyun 2018 19:27
0 Şərh     Baxış: 2 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili qaydaları açıqlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qaydalara əsasən kəsim məntəqəsinə gətirilən hər bir heyvan əvvəlcə müvafiq baytar həkimləri tərəfindən yoxlanılmalıdır. Yoxlanılma zamanı heyvanlar fərdi qaydada, əgər sayları çoxdursa seçmə yolu ilə termometriya edilməlidir. Kəsimə yalnız klinik sağlam olan heyvanlar buraxılmalıdır. Ət üçün 14 günlükdən kiçik heyvanların kəsilməsinə isə ümumiyyətlə icazə verilmir.

Heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri aşkar edilərsə, kəsilməsi qadağan edilir. Əksər qəssab isə bu qaydaların mütləq gözlənilməli olduğu qənaətindədir.

Bundan əlavə, qaydalara əsasən kəsimdən öncə qaramal ən azı 15 saat, dovşanlar 12 saat, quşlar 8-12 saat, suda üzən quşlar 4-8 saat yolda olduğu müddət də daxil olmaqla ac saxlanılmalıdır. Kəsimə 3 saat qalmış isə hətta heyvana su verilməsi də dayandırılmalıdır.

Heyvanların kəsimi isə paytaxtda və bölgələrdə təşkil olunan kəsim məntəqələrində həyata keçiriləcək.

Kəsimdən sonra isə ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilməlidiir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəssabxanalarda ət kəsimi necə aparılmalıdır...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.