Cəmiyyət

Müğənnilərin toy qiymətləri - Restoranlarla sövdələşmə daha ucuz başa gəlir - VİDEO

18 İyun 2018 23:21
9 Şərh     Baxış: 6 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənnilər Ramazan bayramından sonra yüksək qiymətlərlə toy bazarına start veriblər.

Milli.Az bildirir ki, 5-6 saatlıq toyu idarə etmək üçün toy sahibindən tələb olunan qonorar isə müğənniyə görə dəyişir.

Bəzi müğənnilər ilə Bakıda olmadıqları üçün telefonla əlaqə yaratdıq.

Lakin restoranlar gündəlik toylarda ifa etmək üçün müğənnilər ilə bağladıqları müqavilə əsasında onlara sözügedən məbləğləri vermirlər. Məsələn, müğənni Səməd Səmədov yarım saatlıq ifa üçün 500 manat aldığını desə də, restoran ilə müqavilə əsasında yarım saatı cəmi 100 manata oxuyur.

Bakıda yerləşən şadlıq saraylarından birində baş inzibatçı işləyən Ramiz Cavadov da bildirdi ki, toyda 2-3 mahnı ifa etməsi üçün hər müğənniyə 100- 400 manat arası pul verilir.

Ramiz Cavadov deyir ki, eyni gündə restoranın 4-5 zalında toy varsa, müğənni həmin məbləğə bütün zallarda oxumalıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Müğənnilərin toy qiymətləri - Restoranlarla sövdələşmə daha ucuz başa gəlir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.